Ermənistan Azərbaycanla sərhədin delimitasiyası məsələsi ilə bağlı referendum keçirə bilər.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Hələlik keçmiş Sovet İttifaqı dövründə mövcud olan sərhədlər bərpa olunur. Mümkündür ki, Ermənistanla Azərbaycanın yeni razılaşmalar əldə etdiyi an gələcək.
Nə vaxtsa Ermənistanla Azərbaycan arasında bizim 100 kvadratmetrdən, onların isə 100 kvadratmetrdən imtina etməsi məsələsi müzakirə oluna bilər. Amma bu, referendum yolu ilə həyata keçirilməlidir”.
Paşinyan bəhs etdiyi ərazilərin sərhədin hansı bölgəsində olduğu barədə məlumat verməyib.