XƏBƏRLƏR / Qonşular

Ermənistanın yeni Konstitusiyası 10 aya hazır olacaq

Məlumatı Emənistanın Ədliyyə Nazirliyinin rəhbəri Srbuhi Qalyan verib

Ermənistanın yeni Konstitusiyası 10 aya hazır olacaq
Srbuhi Qalyan
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Ermənistanın yeni Konstitusiyasının mətni 10 aya hazır olacaq", - Ermənistanın Ədliyyə Nazirliyinin rəhbəri Srbuhi Qalyan bildirib.

    Eyni zamanda o qeyd edib ki, “Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması məsələsi müzakirə olunmayıb”.

    Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan özü bəyan etmişdi ki, konstitusiyanın yeni redaksiyasında bu istinad olmamalıdır.

    • Ermənistanın baş naziri Nikol Paşinyan, 16 aprel 2025 il:
    • "Ölkənin yeni konstitusiyasında müstəqillik bəyannaməsinə istinad olmamalıdır"
      "Mən deyə bilərəm ki, mənim fikrimcə, yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Amma buna Ermənistan xalqı qərar verməlidir. Təbii ki, lehinə və əleyhinə olan arqumentləri siyasi qüvvələr və onların liderləri təqdim etməlidir. Bu, mənim siyasi mövqeyimdir", Paşinyan jurnalistlərə bildirib.

    Xüsusilə, söhbət Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi haqda olan maddədən gedir.

    Rəsmi Bakı Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını tələb edir.