XƏBƏRLƏR / Qonşular

Gürcüstan canını işlənmiş maşınların idxalından qurtaracaq

Bunu Baş nazir İrakli Kobaxidze hökumət iclasının başlamazdan əvvəl açıqlayıb.

Gürcüstan canını işlənmiş maşınların idxalından qurtaracaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstan altı ildən çox yaşı olan avtomobillərin idxalını qadağan edəcək.
    Qanun layihəsi artıq parlamentə təqdim edilib və tezliklə qəbul ediləcək.

    Baş nazir İrakli Kobaxidze hökumət iclasının başlamazdan əvvəl bunu açıqlayıb.
    "Son illərdə Gürcüstanda avtomobil idxalı xeyli artıb.  2012-ci ildə 864 min avtomobil qeydiyyata alınıb və hazırda bu rəqəm 2 milyonu keçib.

    Avtomobillərin sayında bu artım tıxaclara və ekoloji vəziyyətin pisləşməsinə səbəb olur, ona görə də çox vacib tədbirlərin görülməsinin zəruri olduğunu düşünürəm", - deyə Kobaxidze izah edib.