XƏBƏRLƏR / Qonşular

Ermənilərin Qarabağa qayıtmaları üçün heç bir şərait yoxdur

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə deyib

Ermənilərin Qarabağa qayıtmaları üçün heç bir şərait yoxdur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Hazırda Dağlıq Qarabağ ermənilərinin öz vətənlərinə, evlərinə qayıtmaları, təhlükəsiz yaşamaları üçün heç bir şərait görmürəm," - Ararat Mirzoyan

    "Açığını deyim ki, hazırda mən Dağlıq Qarabağ ermənilərinin öz vətənlərinə, evlərinə qayıdıb orada sağ-salamat yaşaması üçün şərait görmürəm və açığını desəm, Azərbaycan tərəfindən bu şəraitin təmin olunması üçün heç bir səy görmürəm."

    Bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin iclasında hərbi cani Robert Köçəryanın “Ermənistan” fraksiyasından olan deputatı Lilit Qalstyanın iradına istinadən deyib.