Ermənistanın Gümrü şəhərinin meri 2 ay müddətinə həbs edilib
Vardan Qukasyan 10 min dollar rüşvət almaqda ittiham olunur

Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyan iki ay müddətinə həbs edilib.
Məmur ötən gün 10 min dollar rüşvət almaqda ittiham edilərək həbs edilib.
Qeyd edək ki, Gümrü meri Vardan Qukasyana dəstək aksiyasının 33 iştirakçısı saxlanılıb.
Həbslər kütləvi iğtişaşlar, istintaqa və məhkəməyə mane olmaq cəhdləri ilə bağlı cinayət işinin tərkib hissəsi kimi həyata keçirilib.