Türkiyə və Ermənistan Ani körpüsünün bərpasını müzakirə edib
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib
Türkiyə və Ermənistan Ani körpüsünün bərpa edilməsini müzakirə edib.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "X" sosial media hesabında yazıb.
Nazir Ermənistanın regional idarəetmə və infrastruktur naziri Davit Xudatyan ilə görüşdüyünü və iki ölkə arasında keçmişdə fəal şəkildə istifadə olunan dəmir və avtomobil yolları əlaqələrinin yenidən bərpasını müzakirə etdiklərini qeyd edib.
A.Uraloğlu bildirib ki, bu istiqamətdə Türkiyədə zəruri təmir-bərpa işlərinə başlanılması ilə yanaşı, Ermənistan tərəfinin hazırlıq və tender proseslərində gəldiyi mərhələni də dəyərləndiriblər.
Nazirlər eləcə də Ani körpüsünün bərpası ilə bağlı prosesi nəzərdən keçirərək, ortaq tarixin mühüm izlərindən birini yenidən həyata qaytaracaq addımlar ətrafında fikir mübadiləsi aparıblar.

1 dəqiqə