XƏBƏRLƏR / Qonşular

"Azərbaycan əlindəki bütün yük təyyarələrini səfərbər edib"

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib

"Azərbaycan əlindəki bütün yük təyyarələrini səfərbər edib"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azərbaycan əlindəki bütün yük təyyarələrini səfərbər edib."

    TRTxəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

    “Fərqli ölkələrdən buna bənzər karqo təyyarələri ölkəmizə göndərilir. 23 878 çadır ölkəmizə çatıb. Gün içində 9000 çadır daha ölkəmizə xaricdən gələcək”, - Çavuşoğlu qeyd edib.