Biz Ermənistanı 4 qonşumuzun ərazisində axtaramalıyıq
Bunu Ermənistan parlamentində hökumətin 2026-2031-ci illər üçün proqramını təqdim edən Nikol Paşinyan deyib
Ermənistan Parlamenti hökumətin 2026-2031-ci illər üçün proqramını müzakirə edir.
Proqramı Baş nazir Nikol Paşinyan təqdim edir:
- "Yeni Konstitusiyanın qəbul edilməsi gündəliyi yalnız Ermənistanın daxili gündəliyidir. "Mülki Müqavilə"yə səs verərək Ermənistan Respublikasının vətəndaşları da bu gündəliyə səs veriblər.
- Yeni Konstitusiya layihəsinin mətni yaxın aylarda dərc olunacaq.
- Yeni Konstitusiya 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad etməməlidir.
- Biz "Qarabağ Hərəkatı"nı davam etdirmək deyil, ona son qoymaq qərarımızı elan etdik və Ermənistan Respublikasının vətəndaşları bu qərarı təsdiqləyiblər."
- "Biz Ermənistanı təkcə Azərbaycanda deyil, həm də Türkiyədə axtarmamalıyıq. Biz onu İranda axtarmamalıyıq, Gürcüstanda da axtarmamalıyıq."
- "Dörd qonşumuzun beynəlxalq səviyyədə tanınmış ərazisində vətən axtaranda, onların Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisində vətən axtardıqları qapını açırıq. Məlum olur ki, biz dörd yerdə, onlar isə bir yerdə - bizim ölkəmizdə axtarırlar."
1 dəqiqə