Ərdoğan hökuməti iclasa toplayır
İclas zəlzələdən zərər çəkmiş rayonlardakı vəziyyətə həsr olunacaq
ürkiyə Nazirlər Kabinetinin fevralın 14-nə planlaşdırılan iclası Fövqəladə Halların İdarə Olunması Agentliyinin Ankarada yerləşən baş ofisində keçiriləcək. Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, iclas zəlzələdən zərər çəkmiş rayonlardakı vəziyyətə həsr olunacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclas yerli vaxtla saat 15:00-da başlayacaq.
Təbii fəlakət zonasında olan hökumət üzvləri iclasda videokonfrans vasitəsilə iştirak edəcək.