XƏBƏRLƏR / Qonşular

Ermənistanın yeni Konstitusiyasının mətni hazırdır

Bunu ölkənin Ədliyyə naziri Srbuhi Qalyan bəyan edib

Ermənistanın yeni Konstitusiyasının mətni hazırdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ədliyyə naziri Srbuhi Qalyan bildirib ki, Ermənistanın yeni Konstitusiyasının mətni artıq hazırdır.

    Sənəd "Mülki Müqavilə" Şurası tərəfindən müzakirə olunacaq, nazirliyin ictimai şurasının iclasında Srbuhi Qalyan bildirib. Yalnız bundan sonra mətnin dərc edilib-edilməməsi barədə qərar qəbul ediləcək.

    Qeyd edək ki, Azərbaycanın tələbi ilə Ermənistanın cari Konstitusiyasından ölkəmizə ərazi iddiası olan "Müstəqillik bəyəmnaməsi"nə istinad çıxarılmalıdır. Baş nazir Paşınyan artıq bununla razı olduğunu bəyan edib.