Xalqı konstitusiya dəyişməsinin zəruriliyinə inandıracağam
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan "İrəvan Dialoqu 2025" beynəlxalq forumunda deyib

"Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsinin respublika Konstitusiyasına uyğun gəlmədiyinə qərar verərsə, o zaman mən Konstitusiyaya əlavə və dəyişikliklərin təşəbbüskarı olacağam," - Ermənistanın baş naziri Nikol Paşinyan "İrəvan Dialoqu 2025" beynəlxalq forumunda deyib.
Paşinyan əmin olduğunu bildirib ki, sülh prosesi qaçırılmamalıdır, o, Ermənistan cəmiyyətini konstitusiya dəyişikliklərinin zəruriliyinə inandıracaq.