Ermənistan müxalifəti yenə Paşinyanı impiçment etmək istəyir
Bu barədə “Hraparak” nəşri xəbər verir
Ermənistanda müxalifət Paşinyana qarşı impiçment prosesinin başlanmasına çağıran aksiya elan edib.
Bu gün, martın 27-si saat 18:00-da “Birgə” ictimai-siyasi hərəkatı bu dəfə “Nikol Paşinyanın istefasını tələb edirəm” şüarı ilə Azadlıq meydanında növbəti mitinqinə başlayır.
Ermənistan Demokrat Partiyasının lideri, müxalif “Birgə” hərəkatının koordinatoru Aram Sarkisyan həmfikirlərini martın 27-də İrəvanın Azadlıq meydanına getməyə və parlament fraksiyalarından baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinə başlamağı tələb etməyə çağırıb.