Türkiyəyə yardım aparan daha bir təyyarə Bakıdan yola düşdü
Təyyarənin göyərtəsində çadırlar, ədyal və qızdırıcılar, həmçinin səyyar səhra xəstəxanası üçün 3 konteyner olub
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün humanitar yardım daşıyan daha bir təyyarə Adanaya uçub.
Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxan təyyarənin göyərtəsində zərərçəkənlərin yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, həmçinin səyyar səhra xəstəxanası üçün üç konteyner olub.