Ermənistan Türkiyə və Suriyaya xilasetmə qrupları göndərib
Daxili İşlər Nazirliyinin mətbuat xidməti yola düşən heyyətin görüntülərini nümayiş etdirib
Erməni xilasetmə qrupları bu gün Türkiyə və Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrinə yollanacaq.
Bu qərarı baş nazir Nikol Paşinyan verib, Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Hunanyan sosial şəbəkələrdə bildirib.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkələrdə erməni xilasedicilərin Türkiyə və Suriyanın zərər çəkmiş bölgələrinə getməsinin görüntülərini nümayiş etdirib.