Ermənistan mövcud olmayan "Artsax"a daha vəsait ayırmayacaq
Bunu "Mülki müqavilə" fraksiyasının nümayəndəsi deputat Gevorq Papoyan deyib
Qondarma "DQR" dövlət qurumlarının saxlanması üçün heç bir xərc nəzərdə tutulmur.
Bunu parlamentin maliyyə, kredit və büdcə məsələləri üzrə daimi komissiyasının iclasında "Mülki müqavilə" fraksiyasının nümayəndəsi deputat Gevorq Papoyan deyib.