XƏBƏRLƏR / Qonşular

Qarabağ ermənilərinə "vətəndaşlıq vermək" oyunu davam edir

DİN nümayəndəsi Armen Kazaryan deyir ki, Qarabağ ermənilərinin Ermənistan pasportları ,sən demə, "səyahət sənədi" olub

Qarabağ ermənilərinə "vətəndaşlıq vermək" oyunu davam edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəisi Armen Kazaryan jurnalistlərə bildirib ki, Qarabağ əhalisinə Ermənistan pasportları vətəndaşlıq şəhadətnaməsi kimi deyil, səyahət sənədi (!? - ANSPress) kimi verilib.

    O deyib ki, Nazirlər Kabinetinin oktyabrın 27-də qəbul etdiyi qərara əsasən Dağlıq Qarabağdan olan könüllü köçkünlərə müvəqqəti mühafizə statusu verilib.

    Ermənistan hakimiyyəti Azərbaycana qarşı ərazi iddialarını müxtəlif formalarda gündəlikdə saxlamaq üçün qanuni vətəndaşları olan Qarabağ ermənilərinə yenidən vətəndaşlıq vermək niyyətindədir. Güya ki, onlar başqa "dövlətin" vətəndaşları olublar, indi isə Ermənistan pasportları almalıdırlar. Onlarda olan Ermənistan Respublikasının pasportları isə, sən demə, "səyahət sənədi" kimi verilib.

    Ermənistan hakimiyyəti də, cəmiyyəti də özü uydurduğu mif və yalanlar məngənəsində boğulmaqda davam edir.