Qarabağ ermənilərinin cəmi 1437-si Ermənistanda qalacaq
Bunu Ermənistan Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Qazaryan deyib
Qarabağdan könüllü köçən ermənilərin cəmi 1500-ə yaxını Ermənistanda qalıb, ikinci dəfə vətəndaşlıq almaq üçün müraciət ediblər. Bunu Ermənistan Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Qazaryan parlament komissiyasında deyib.
"Hazırda 76 339 nəfər müvəqqəti müdafiə şəhadətnaməsi alıb, 79 682 nəfər qeydiyyata alınıb. 1 437 nəfər vətəndaşlıq üçün müraciət edib", - Ermənistan Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Qazaryan bildirib.
Xatırladaq ki, erməni tərəfi Qarabağdan könüllü köçən ermənilərin sayını 100 min nəfər kimi təqdim edirdi.