Ermənistan və Azərbaycan spikerləri yenə görüşəcək
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib
Azərbaycan və Ermənistan parlamentlər səviyyəsində təmaslara başlayacaq. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan İctimai Televiziyada bildirib.
“Dedim ki, bu məsələni fraksiyamız və komandamızla müzakirə edim. O da bu məsələni "ev"də müzakirə etməyə hazır olduğunu bildirdi və biz növbəti görüş barədə razılığa gəldik”.
Onun sözlərinə görə, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə növbəti görüş böyük ehtimalla mayın ortalarında baş tutacaq.
A.Simonyan müsahibəsində həmçinin KTMT məsələsinə toxunub: "Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub. Ermənistan KTMT-də iştirakını biz bu təşkilatın var olub-olmadığını, fəaliyyət göstərib-göstərmədiyini, bizim regionumuzu tərk edib-etmədiyini anlayana qədər dondurub”.