Parlament Ermənistanın Aİ-na daxil olmasına yaşıl işıq verdi
Ermənistanın Avropa İttifaqına daxil olma haqqında qanun layihəsini birinci oxunuşda qəbul edilib

Ermənistan parlamenti fevralın 12-də keçirilən iclasında "Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlaması haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.
Ermənistan KİV-lərinin məlumatına görə, 63 deputat sənədin lehinə, 7 deputat əleyhinə səs verib.
Layihə 60 min vətəndaşın imzasını toplayan Evrovote vətəndaş təşəbbüsü tərəfindən təqdim edilib.
Yanvarın 9-da qanun layihəsi hökumət tərəfindən təsdiq edilib və parlamentə göndərilib.
Sənədin mətnində deyilir ki, Ermənistan xalqın iradəsini ifadə edərək, qarşısına ölkəni təhlükəsiz, müdafiə onunan, inkişaf etmiş bir ölkəyə çevirmək vəzifəsi qoyaraq, Avropa İttifaqına daxil olma prosesinin başladığını elan edir.