XƏBƏRLƏR / Qonşular

Bu gün Gürcüstan Müstəqillik Gününü qeyd edir

Azərbaycan Prezidenti və Xarici İşlər Nazirliyi Gürcüstan rəhbərliyini rəsmi təbrik edib

Bu gün Gürcüstan Müstəqillik Gününü qeyd edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Prezident İlham Əliyev 26 May – Müstəqillik Günü münasibətilə Gürcüstanlı həmkarı Mixeil Kavelaşvi və dost Gürcüstan xalqını öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini çatdırıb.

    Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edib. “Dostumuz, qonşumuz və strateji tərəfdaşımız Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edirik!

    Müstəqillik gününüz mübarək, Gürcüstan hökuməti və xalqı!" – deyə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkədəki hesabında qeyd olunub.