Xameneinin ofisi Azərbaycanda bərpa edilməyəcək
Ofisin fəaliyyətinin bərpa edəcəyi barədə yalan məlumatı SEPAH yayıb

İranın ali dini lideri Xameneinin ofisi Azərbaycan ərazisində fəaliyyətini bərpa etmək niyyətində deyil.
Bu barədə APA öz mənbələrinə istinadən məlumat yayıb.
Bundan əvvəl İranın TG kanalları SEPAH nümayəndələrinə istinadən Xameneinin Bakıdakı ofisinin fəaliyyətini bərpa edəcəyi barədə məlumat yayıb.
Xatırladaq ki, Xameneinin Bakıdakı Hüseyniyyə məscidinin binasında yerləşən ofisinin fəaliyyəti 2021-ci ilin oktyabrında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə bağlı yoxlamadan sonra dayandırılıb.