Türkiyə xarici işlər naziri Hakan Fidan İrana gedib
Bu barədə Türkiyə mediası xəbər verib
Türkiyə xarici işlər naziri Hakan Fidan və İranın xarici işlər naziri Abdullahiyan İran Xarici İşlər Nazirliyində görüşüblər.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə Tehrana gələn Fidanı İran Xarici İşlər Nazirliyində iranlı həmkarı Abdullahiyan qarşılayıb.
Qarşılamadan sonra Fidan və Abdullahiyan ikitərəfli və nümayəndə heyətləri arası görüşlər keçirmək üçün nazirliyin binasına gediblər.
Qeyd edək ki, bu, nazir Fidanın xarici işlər naziri təyin edildikdən sonra İrana ilk səfəridir.