XƏBƏRLƏR / Qonşular

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah İrana gedir

Bu barədə TRT xəbər verib

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah İrana gedir
Hakan Fidan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin xarici işlər naziri Hakan Fidan İrana səfər edəcək 

    TRT xəbər verir ki, səfər İran XİN başçısı Hüseyn Əmir Abdullahianın dəvəti ilə baş tutacaq.

    Məlumata görə, Fidan həmkarı ilə danışıqlar aparmaq üçün sabah İranın paytaxtı Tehrana gedəcək.

    Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq.

    Nazirlər cari regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparacaq.

    Qeyd edək ki, Hakan Fidan bir neçə gün əvvəl Rusiyada səfərdə olub. O, Moskvada həmkarı Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.