XƏBƏRLƏR / Qonşular

Məsud Pezeşkian İlham Əliyevi təbrik edib

İran İslam Respublikasının Prezidenti Azərbaycanlı həmkarına zəng edib

Məsud Pezeşkian İlham Əliyevi təbrik edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    İran Prezidenti Azərbaycan dövlət başçısını qarşıdan gələn ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

    Prezident İlham Əliyev diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.

    Məsud Pezeşkian Azərbaycana səfərlərini və dövlət başçısı ilə apardığı müzakirələri məmnuniyyətlə xatırlayıb.

    Telefon danışığı zamanı 2026-cı ildə əlaqələr və Azərbaycan ilə İran arasında dostluq münasibətlərinin gələcək inkişafı müzakirə edilib.