XƏBƏRLƏR / Qonşular

Erməni nazir Azərbaycanın kənd təsərrüfatı nazirilə görüşüb

Bu barədə Gevork Papoyan sosial şəbəkələrdə yazıb

Erməni nazir Azərbaycanın kənd təsərrüfatı nazirilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan noyabrın 28-də Türkiyənin İstanbul şəhərində keçirilən "Zero Waste Forum" ümumdünya konfransı çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovla qısa söhbət aparıb.

    Bu barədə Papoyan sosial şəbəkələrdə yazıb.

    Tədbir zamanı o, həmçinin Türkiyə, İran, Moldova və İraqın kənd təsərrüfatı nazirləri ilə qısa söhbətlər edib.

    O vurğulayıb ki, konfransda kənd təsərrüfatı sektorunu koordinasiya edən iyirmiyə yaxın nazir, həmçinin digər yüksək vəzifəli məmurlar və siyasətçilər qlobal səviyyədə "sıfır tullantı" ideyasını təşviq etmək məqsədilə iştirak ediblər.