Overçuk DOST Mərkəzində FOTO
Xəbəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb
Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk ölkəmizə səfəri çərçivəsində 2 saylı Bakı DOST Mərkəzində olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST mərkəzlərinin fəaliyyəti barədə qonağa məlumat verilib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının dövlət sosial xidmətlər sisteminə gətirdiyi innovativ yeniliklər, sosial sahələr üzrə 159 xidmətin “bir pəncərə”dən, şəffaf, çevik, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan yaratdığı diqqətə çatdırılıb. Ötən dövrdə 2 milyonadək vətəndaşın DOST xidmətlərindən faydalandığı bildirilib.
DOST konsepsiyasının beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyi və xüsusi mükafatlara layiq görüldüyü, digər ölkələrdə də tətbiqinin təşviq edildiyi vurğulanıb. Hazırda bir sıra ölkələrin DOST təcrübəsini tətbiq etməkdə maraqlı olduğu qeyd edilib.