ABŞ və Qərbin Qafqazda mövcudluğu təhlükəsizlik yaratmayacaq
Bunu İran Prezidenti İbrahim Rəisi R.T.Ərdoğanla keçirdiyi mətbuat konfransında deyib
ISNA-nın məlumatına görə, İran və Türkiyə İqtisadi Əməkdaşlıq Ali Şurasının Ankarada keçirilən iclasında İran Prezidenti İbrahim Rəisi Qafqazdan danışarkən deyib:
“Dünyanın heç bir yerində, o cümlədən Suriyada ABŞ və Qərbin Qafqaz regionunda mövcudluğu təhlükəsizlik yaratmayıb və yaratmayacaq.
İran Ermənistan və Azərbaycan arasındakı razılaşmanı dəstəkləyir və əmindir ki, İran, Türkiyə, Azərbaycan və Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq bu regionun təhlükəsizliyini təmin edəcək”.