Gürcüstanda narkomanların sayı artıb
Məlumat Gürcüstan DİN-in saytında yerləşdirilib
Gürcüstan Daxili İşlər Nazirliyinin Ekspert-Kriminal Baş İdarəsinin Narkotiklərlə Mübarizə Xidməti 2023-cü ildə narkomaniyanın yayılması səviyyəsini öyrənmək məqsədilə araşdırma aparıb. Ölkə üzrə 5492 nəfər müayinəyə cəlb olunub və onlar test analizi veriblər. Müayinədən keçənlərin 4023-nün narkoman olduğu müəyyən edilib.
Gürcüstan DİN-in saytında yerləşdirilmiş məlumata görə, müayinə edilənlərdən 5338 nəfəri kişilərdir, onlardan 3970 nəfəri müsbət nəticə göstərib,154 qadından isə 53-də narkotik aludəçiliyi təsdiqlənib.
Ötən il narkomaniyaya görə yoxlanılan şəxslərdən 17-si yetkinlik yaşına çatmayanlar olub, onlardan 10-nun narkoman olduğu üzə çıxıb.
Statistikaya görə, narkomaniya testi verənlərin 3278 nəfəri 25-44 yaş arasında olub və 2393 kişi və 34 qadın pozitiv nəticə göstərib. 60 yaşdan yuxarı 155 vətəndaşdan isə 72 nəfərinin narkotik aludəçisi olduğu aşkarlanıb.