"İrəvanın məqsədi Azərbaycanla sülh müqaviləsi imzalamaqdır"
Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan İsveç parlamentinin üzvü Byorn Söderinlə görüşdə deyib
Ermənistan Azərbaycanla sülhün əldə olunmasında və müqavilə imzalanmasında maraqlıdır.
Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan İsveç parlamentinin İsveç-Ermənistan dostluq qrupunun sədri Byorn Söderin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
"Ermənistan hökumətinin və onun hakimiyyətinin bir məqsədi var - regionda sülhə nail olmaq və danışıqlar yolu ilə Azərbaycanla yekun sülh müqaviləsi imzalamaq", - Xaçaturyan bildirib.
Onun sözlərinə görə, İrəvan region ölkələri ilə mehriban qonşuluq münasibətləri qurmağa, regional kommunikasiyaların qarşısının alınmasına və sərhədlərin açılmasına sadiqdir.