Ermənistan və Azərbaycan nümayəndələrinin görüşü olub?
Ermənistanın Milli Təhlükəsizlik Xidməti sərhəddə görüş barədə məlumat yayıb
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatı:
"Tex-Kornidzor bölməsində Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə görüş keçirilib, sərhədin dəqiqləşdirilməsi üzrə işlər aparılıb, nəticədə bu hissədə vəziyyət xeyli yaxşılaşıb. Hazırda işlər davam etdirilir, nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək."
Azərbaycan tərəfi məlumatı hələ şərh etməyib.