İlham Əliyev Ərdoğanla danışıqlar apardı
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri İlham Əliyevlə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Türkiyə lideri telefon danışığı zamanı İlham Əliyevdən Azərbaycanın keçirdiyi antiterror tədbirlərindən sonra son vəziyyət ilə bağlı məlumat alıb.
Ərdoğan bir daha İlham Əliyevə Türkiyənin Azərbaycanı ürəkdən dəstəklədiyini bildirib.
Prezidentlər iki ölkəni yaxından maraqlandıran regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.