Paşinyandan istefa tələb edən keşiş meydandan getdi
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb
Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan səhhətində yaranan problemlərə görə Respublika meydanını tərk edib. Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Qeyd edilir ki, din xadiminə ayaqlarını müalicə etmək lazım idi: dünənki mitinqdən sonra arxiyepiskopun ayaqları şişib, üzərində sıyrıqlar və yaralar əmələ gəlib.
“Milli Cəbhə” teleqram kanalında yayımlanan videomüraciətdə Baqrat Qalstanyan əmin edib ki, o, bir müddət sonra meydana qayıdacaq və etirazçılarla yenidən görüşəcək.
Qalstanyan həmçinin videonu haqqında yayılan şayiələrə cavab olaraq yayımlamaq məcburiyyətində qaldığını bildirib.
O, meydandan getməsini Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla gizli görüşlər keçirməsi ilə əlaqələndirilməsini təkzib edib.
Ermənistanın hakimiyyətə yaxın mediası isə Qalstanyanın bütün ermənilərin katalikosu II Qaregin və eks-prezident Robert Köçəryanla məsləhətləşmək və onlardfanm yeni tapşırıq almaq üçün meydandan getdiyini yazır.
Baqrat Qalstanyan ötən gün İrəvandak Respublika meydanında keçirlən çoxminli etiraz aksiyasına rəhbərlik edib. Mititinqə baş nazir Nikol Paşinyanın istefası tələb olunub. Keşiş Baqrat Qalstanyan mitinq iştirakçıları adından Nikol Paşinyana istefa verməsi üçün 1 saat vaxt verib, lakin baş nazidən heç bir reaksiya olmayıb.
Bəzi siyasi ekspertlər Paşinyanın hələlik müvəqqəti susduğunu və ən yaxın zamanda “istefa!” tələbinə sərt cavab verəcəyini düşünürlər.
Qeyd olunur ki, Paşinyan həm öz tərəfdarlarını daha izdihamlı mitinq kçirməyə çağıraraq, “əzələ nümayişi” edə bilər, həm də inzibati resursları işə sala, etirazların böyüməsinin qarşısını ala bilər.