Bəşər Əsəd Ərdoğanla görüş üçün şərt irəli sürüb
Bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb

Suriya Prezidenti Bəşər Əsəd bu gün verdiyi açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş ehtimalını istisna etməyib.
NTV xəbər verir ki, o, bunun görüşün gündəmindən asılı olacağını deyib.
Əsədin jurnalistlərin suallarını cavablandırarkən türk əsgərlərinin Suriya ərazisindən çıxarılması məsələsinin gündəmə gələcəyi təqdirdə Ərdoğanla görüşə biləcəyini bildirib.
Xatırladaq ki, Prezident Ərdoğan iyulun 7-də jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə Suriya ilə normallaşma prosesi ilə bağlı istənilən vaxt Əsədə dəvət göndərə bilər.