XƏBƏRLƏR / Qonşular

Aleksey Navalnının meyitini yaxınlarına vermirlər YENİLƏNİB

Bu barədə Korrupsiyaya qarşı Mübarizə Fondunun sösçüsü Kira Yarmış məlumat verib

Aleksey Navalnının meyitini yaxınlarına vermirlər YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:00

    Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölüm şəraiti ilə bağlı araşdırma aparılır.

    Onun sözlərinə görə, bütün lazımi prosedurların nə vaxt yekunlaşacağı və cənazənin yaxınlarına veriləcəyi ilə bağlı suallar Kremlin səlahiyyətinə aid deyil. “Bu sual bizim üçün deyil. Biz isə bu məsələyə qarışmırıq. Bu, prezident administrasiyasının funksiyası deyil”, - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi jurnalistin müvafiq sualını cavablandırıb.

    ***

    Aleksey Navalnının anası və vəkilləri siyasətçinin cəsədinin yerləşdiyi güman edilən meyitxanaya buraxılmayıb

    Bu barədə Korrupsiyaya qarşı Mübarizə Fondunun sösçüsü Kira Yarmış məlumat verib:

    “Səhər tezdən Alekseyin anası və vəkilləri meyitxanaya gəldilər. Onların içəri girməsinə icazə verilmir. Vəkillərdən biri sözün əsl mənasında qovuldu. Alekseyin cəsədinin orada olub-olmadığını soruşduqda, işçilər cavab vermir”, o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

    Lyudmila Navalnaya fevralın 17-də səhər saatlarında Xarpedəki İslah Müəsisəsi-3-ə gəldi. Koloniya rəhbərliyi Navalnının cəsədinin Salekhard meyitxanasında olduğunu bildirib. Siyasətçinin anası ora gələndə ona meyitin onlarda olmadığını deyiblər. Daha sonra Kira Yarmış bildirib ki, İstintaq Komitəsi yoxlama tamamlanana qədər meyiti qohumlarına verməkdən imtina edib.

    “Novaya qazeta Europe” mənbəyə istinadən yazıb ki, Navalnının cəsədi Salekhard rayon klinik xəstəxanasının meyitxanasındadır. Nəşrin məlumatına görə, siyasətçinin meyiti fevralın 16-da axşam saatlarında xəstəxanaya aparılıb. Fevralın 17-nə olan məlumata görə, yarılma aparılmayıb.

    Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin 1 nömrəli tənqidçisi Aleksey Navalnı 16 fevral 2024-cü ildə həbsxanada gözlənilmədən vəfat edib.