XƏBƏRLƏR / Qonşular

Paşinyan və Pezeşkian Nyu-Yorkda nələri müzakirə ediblər?

İran Prezidenti ABŞ-da Ermənistan Baş nazirini qəbul edib FOTO

Paşinyan və Pezeşkian Nyu-Yorkda nələri müzakirə ediblər?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Paşinyan: "Ermənistan-İran əməkdaşlığı uğurla inkişaf edir".

    İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının iclası çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

    Baş nazir Paşinyan məmnuniyyətlə qeyd edib ki, Ermənistan-İran əməkdaşlığı uğurla inkişaf edir və müxtəlif sahələrdə birgə proqramlar həyata keçirilir.
    Nikol Paşinyan və Məsud Pezeşkian ikitərəfli ticarət-iqtisadi münasibətləri və onların genişləndirilməsinə yönəlmiş addımları müzakirə etdilər.

    Tərəflər regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar. Qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.