XƏBƏRLƏR / Qonşular

Azərbaycan "Sülh Körpüsü"nün İrəvan görüşünü təxirə saldı

Bunu layıhənin erməni iştirakçısı Boris Navasardyan "Azatutyun" radiosuna bildirib

Azərbaycan "Sülh Körpüsü"nün İrəvan görüşünü təxirə saldı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan "Sülh Körpüsü"nün İrəvan görüşünü təxirə salıb.

    İrəvan "Press-Klub"unun fəxri prezidenti Boris Navasardyan "Azatutyun" radiosuna verdiyi açıqlamada bildirib ki, Azərbaycan tərəfi bu günlərdə İrəvanda "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində keçirilməsi planlaşdırılan erməni və Azərbaycan ekspertləri arasında danışıqları "gərginlik azalana qədər" təxirə salmaq qərarına gəlib.

    O, iki ölkədə bu formatda keçirilən müzakirələrdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələrindən biridir.

    "Bu, planlaşdırılmış görüş idi və biz bu cür planlaşdırılmış görüşlərin təxirə salınmaması əvəzinə baş tutmasını müdafiə edirik", - deyə Boris Navasardyan qeyd edib: "Ermənistan tərəfi bu gərgin vəziyyətdə görüşməyin, qarşılıqlı anlaşmaya nail olmağa çalışmağın və informasiya məkanında və ictimai sahədə yaratmaq istədiyi atmosfer barədə razılığa gəlməyin vacibliyini gözləyirdi, lakin görünür, Azərbaycan tərəfdaşlarımız bu mərhələdə ünsiyyət qurmağı məqsədəuyğun hesab etmirlər".

    "Sülh Körpüsü" təşəbbüsünün Azərbaycan nümayəndə heyətinin üzvü, politoloq Fərhad Məmmədov ANS Press-ə deyib ki, tezliklə buna reaksiya olacaq.