XƏBƏRLƏR / Qonşular

Nyu-Yorkda Ərdoğan Paşinyanı qəbul edib

Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti və Ermənistan Hökuməti xəbər yayıb

Nyu-Yorkda Ərdoğan Paşinyanı qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Türkiyə prezidenti Ərdoğan Nyu-Yorkdakı Türk Evində Ermənistanın baş naziri Paşinyanla görüşüb.

    Danışıqlarda Türkiyə və Ermənistanın xarici işlər nazirləri Fidan və Mirzoyan da iştirak ediblər.

    ***

    Ermənistan höküməti xəbər verir ki, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

    Tərəflər Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması və əldə edilən razılaşmaların həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

    Normallaşdırma prosesinin təşviq edilməsinin vacibliyi və münasibətlərə yeni təkan vermək istəkləri vurğulanıb. Bu baxımdan, tərəflər ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsini, işgüzar dairələr arasında əlaqələrin qurulmasını və Anidəki tarixi körpünün birgə bərpası üzərində ardıcıl işləməyi zəruri hesab ediblər.

    Onlar həmçinin regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

    Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasını vurğulayıblar və bunun regional əməkdaşlığın inkişafına əhəmiyyətli təsir göstərəcəyinə əminliklərini bildiriblər. Bu kontekstdə TRIPP layihəsinin həyata keçirilməsi və regional kommunikasiya yollarının açılmasının zəruriliyi vurğulanıb.