Köçəryanın adamları Rusiyanı yenə vasitəçi etmək istəyirlər
Müxalifətçi Andranik Tevanyan: Ermənistan və Azərbaycan arasında razılaşmanı Rusiya həyata keçirilməlidir
Hərbi cani Robert Köçəryanın "Ayastan" parlament fraksiyasına daxil olan “Ana Ermənistan” müxalifət blokunun lideri Andranik Tevanyan bildirib ki, Rusiya “Ermənistan və Azərbaycan arasında gələcək razılaşmaların həyata keçirilməsini təmin edə biləcək”.
“Biz hər yerə mesaj göndərmişik ki, biz Rusiyanı Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasında vasitəçi və qarant hesab edirik. Gələcəkdə o, Ermənistanla Azərbaycan arasında əldə olunan istənilən razılaşmanın həyata keçirilməsini təmin edə bilər”, - Tevanyan vurğulayıb.