XƏBƏRLƏR / Qonşular

Mirzoyan Türkiyəylə sərhədin çox tez açılacağına eyham vurur

Bunu Ermənistan XİN rəhbəri Türkiyə ilə normallaşma prosesində yeni xüsusi nümayəndənin təyin edilməsi haqda suala cavabında deyib

Mirzoyan Türkiyəylə sərhədin çox tez açılacağına eyham vurur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərin Türkiyə ilə normallaşma prosesində yeni xüsusi nümayəndənin nə vaxt təyin ediləcəyi suala belə cavab verib:

    "Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesində yeni xüsusi nümayəndənin adını açıqlayacağıq.

    Açığını deyim ki, yeni sədrə ehtiyac məsələsi hələ də açıq qalır. Çünki elə ola bilər ki, yeni nümayəndələrlə bağlı razılaşma əldə olunmamış sərhəd açılsın."

    Xatirladaq ki, Türkiyə rəsmiləri Ermənistanla sərhədi Azərbaycanla sülh sazişi bağlanandan sonra açılacağını dəfələrlə bəyan ediblər. Baş nazir Paşinyan isə Azərbaycanla sülh müqaviləsinin 2031-ci ildə bağlanacığını proqnozlaşdırıb.