XƏBƏRLƏR / Qonşular

Özgür Özel yenidən CHP-nin sədri seçilib

Türkiyənin müxalifət partiyası CHP-də qurultay keçirilib

Özgür Özel yenidən CHP-nin sədri seçilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin müxalifət partiyası CHP-də qurultay keçirilib.

    CHP rəhbəri Özgür Özel yenidən sədr seçilib. Qurultay hələ işini davam etdirir. Tədbirdə başqan seçimi üçün səsvermə prosesi başa çatıb.

    CHP tarixinin 60-cı qurultayında qeydiyyatdan keçmiş 1127 nümayəndədən 917-si səs verib. Seçkilərdə 835 səs etibarlı, 82 səs isə etibarsız sayılıb. Bu nəticəyə əsasən, Özgür Özel son 2 ildə 3-cü dəfə lider seçilmiş olub.

    Qurultay Partiya Məclisi və Yüksək İntizam Qurulu üzvlərinin seçimi ilə davam edəcək.