XƏBƏRLƏR / Qonşular

Müctəba Xameneinin adından bəyanat yayılıb

Bəyanat Əli Xameneinin vəfatının qırxıncı günü münasibəti ilə verilib

Müctəba Xameneinin adından bəyanat yayılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İslam İnqilabının Ali Lideri Müctəba Xameneinin adından Əli Xameneinin vəfatının qırxıncı günündə bəyanat yayılıb.

    Mesajda qismən deyilir:

    ◾ Xalqın meydanlardakı iştirakı son 40 gün ərzində olduğu kimi davam etməlidir.

    ◾ Bu gün, "Üçüncü Müqəddəs Müdafiə" dastanının bu mərhələsində, İran xalqının döyüş meydanında əsl qaliblər olduğunu qətiyyətlə demək olar.

    ◾ 2026-cı ilin mart ayı İslam İranının adının güclənməsi və ucaldılmasının yeni bir dövrünün başlanğıcı oldu.

    ◾ İranın cənubdakı qonşularına deyirik ki, siz bir möcüzəyə şahid olursunuz. Buna görə də düzgün baxın, düzgün başa düşün, düzgün mövqe tutun və şər qüvvələrin yalan vədlərinə etibar etməyin.

    ▪️Hörmüz boğazında yeni bir idarəetmə mərhələsinə qədəm qoyuruq.

    İran müharibə istəmir, amma hüquqlarından imtina etməyəcək.

    Hər kəs bilməlidir: ölkəmizə hücum edən cinayətkar təcavüzkarları tək qoymayacağıq. Bu müharibədə vurulan hər bir zərərə və şəhidlərin və yaralıların qanına görə təzminat tələb edəcəyik.