Pezeşkian Nyu-Yorka, BMT Baş Assambleyasına yola düşüb
İran mediası yazır ki, ABŞ Pezeşkianın oğlun Yusifə viza verməkdən imtina edib

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb.
Yola düşməzdən əvvəl İran mediası Pezeşkianın dediyini yazıb: "Bu səfər mövqelərimizi və baxışlarımızı dünyaya çatdırmaq üçün yaxşı fürsətdir...
Bu gün biz birtərəfliliyin və totalitarizmin şahidi oluruq, hakimiyyətdə olan dövlətlər insanları məhv etmək üçün öz alətlərindən istifadə edirlər. İnsan məxluqların ən nəcibidir və İsrail hər gün Qəzzanı bombalayarkən, orada uşaqlar aclıqdan ölür, guya sivil və insan haqları elan edən ölkələr onları silahlandırır, kütləvi qətllər törədirlər. Bu insanlar və icmalar bu cinayətlərin öhdəsindən necə gəlirlər?
İrqindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər bir insan yaşamaq hüququna malikdir və başqalarının hüquqlarını pozmamalıdır. Bu səfərdə bizim mövqeyimiz olan ədalətə, sülhə, insanlığa əsaslanan hərəkat elan etməyə çalışırıq, dövlət başçıları ilə görüşlərimiz olacaq...
Həqiqətə, ədalətə can atsaq, heç bir mübahisə ola bilməz. Biz bir-birimizi səhv başa düşə bilərik, buna dialoq yolu ilə nail olmaq lazımdır, amma qorxutmaq istəyən biri ilə danışıqlar aparmaq mümkün deyil".
Bu arada məlumat yayılıb ki, ABŞ Pezeşkianın oğluna viza verməkdən imtina edib.
İranın Teleqram kanallarının məlumatına görə, ABŞ hökuməti İran prezidentinin oğlu Yusif Pezeşkiana BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka getmək üçün viza verməkdən imtina edib.