Putinlə Rəisi Qafqazda baş verən hadisələri müzakirə ediblər
İRNA xəbər verir ki, Rusiya və İran prezidentləri Qəzza bölgəsində vəziyyəti də müzakirə ediblər
İRNA xəbər verir ki, Qəzza və Qafqazda baş verən hadisələrlə bağlı İran və Rusiya prezidentlərinin telefonla məsləhətləşmələri baş tutub.
İRNA-nın siyasi müxbirinin verdiyi məlumata görə, prezident aparatının siyasi müavini Məhəmməd Cəmşidi yazıb: "İran və Rusiya prezidentlərinin bugünkü telefon danışığında Ayətullah Rəisi sionist rejimin cinayətlərinin davamı ilə bağlı xəbərdarlıq edib".
O, mühasirənin davam etməsini, qadın və uşaqların öldürülməsini, Qəzzaya qurudan hücumu və onun seçilmiş və qanuni hökumətinə hücumu uzun və geniş müharibənin səbəbi hesab edib.
Rəisi qeyd edib ki, "Əgər sionist rejim bu cinayətləri davam etdirməklə, öz uğursuzluğunu kompensasiya etmək istəsə, hadisələrin inkişafının ölçüləri genişlənəcək".
Telefon söhbətində Qafqazda gedən proseslər də müzakirə olunub.