İranda SEPAH generalı həbs edildi
Bəxtiyar saxlanılmazdan əvvəl təhlükəsizlik qüvvələri onun evinə hücum edib və onun şəxsi əşyaları müsadirə olunub
İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandirlərindən biri olan general Məhəmməd Bağır Bəxtiyari İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu barədə məlumatı “Azad İran” teleqram kanalı yayıb.
Məlumata görə, Bəxtiyar saxlanılmazdan əvvəl təhlükəsizlik qüvvələri onun evinə hücum edib və onun şəxsi əşyaları müsadirə olunub.
Bildirilir ki, Bəxtiyari daha əvvəl audio fayl yayaraq İslam Respublikası hökumətini Məhsa Əmininin ölümünün əsl səbəblərini gizlətməkdə günahlandırıb.
Onun sözlərinə görə, məhkəmə-tibb ekspertizasının etibarlı mənbələri 22 yaşlı Əmininin ölümünə “kəllə sümüyünün zədələnməsi diaqnozu qoyublar".
İran rəsmilərini “ambisiyalı və şəxsiyyətsiz” adlandıran keçmiş SEPAH komandiri deyib ki, əgər “sağlam düşüncə” bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb üzr istəsəydi, hökumət daha az acınacaqlı nəticələrlə qarşılaşa bilərdi.
“Artıq xalqın əsas hədəfi rəhbərdir, şüarlar bir başa ona qarşı yönəlib. Bunu başa düşün ki, xalq artıq sizi istəmir”, - deyə, general Məhəmməd Bağır Bəxtiyari səs yazısında bildirib.