Ermənistan prezidenti Roma statutunu təsdiqlədi
Rəsmi Moskva bu addımı düşmənçilik əlaməti kimi qiymətləndirib
Ermənistan prezidenti Vaaqn Xaçatryan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu təsdiqləyib.
Bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Bununla da sənəd qüvvəyə minib.
Xatırladaq ki, oktyabrın 3-də Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutunu ratifikasiya edib. Rəsmi Moskva bu addımı düşmənçilik əlaməti kimi qiymətləndirib.
Roma statunun tələbinə görə, Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edəcəyi təqdirdə həbs olunmalıdır.