XƏBƏRLƏR / Qonşular

Tehranda Xamenei ilə vida mərasimi təxirə salınıb YENİLƏNİB

Bu barədə İslam Təbliğatının Koordinasiya Şurası bildirib

Tehranda Xamenei ilə vida mərasimi təxirə salınıb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:27

    Xamenei ilə vida mərasiminin təxirə düşməsinin səbəbi açıqlanıb.

    İranın hər yerindən çoxsaylı müraciətlərin edilməsi, xalqın böyük hissəsinin iştirakını təmin etmək zərurəti, həmçinin mərasim üçün lazımi infrastrukturun hazırlanması səbəbindən Xamenei ilə vida mərasimi təxirə düşüb.

    Bildirilib ki, vida mərasimin keçirilməsi üçün şərait hazır olan kimi İslam Təbliğatının Koordinasiya Şurası çağırış bəyanatını yayımlayacaq.

    ***

    14:48

    Tehranda Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimi təxirə salınıb.

    Bu barədə “Tasnim” məlumat yayıb. Agentlik mərasimin təxirə salınmasının səbəblərini açıqlamayıb.

    Məsələ ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.

    ***

    12:21

    Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimi bu gün başlayacaq.

    Bu barədə İran dövlət televiziyası məlumat yayıb.

    Bildirilib ki, vida mərasimi bu gün axşam Tehranda başlayacaq və üç gün 24 saat fasiləsiz davam edəcək.

    Vida mərasimi yerli vaxtla saat 22:00-da İmam Xomeyni Müsəllasında başlayacaq.

    Qeyd edək ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei İsrailin hava hücumları nəticəsində öldürülüb.