Qərbi azərbaycanlılar Mirzoyanın yalanını ifşa etdilər
Ermənistan XİN rəhbəri azərbaycanlıların Ermənistanı "könüllü tərk etməsi və onlara təzminat ödənilməsi" haqda cəfəng bəyanat verib VİDEO
Sosial Araşdırmalar Mərkəzinin Qərbi Azərbaycanlılar arasında keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bəyanatı həqiqətə uyğun deyil.
Sorğu göstərir ki, azərbaycanlıların indiki Ermənistan ərazisini könüllü tərk etməsi və onlara təzminat ödənilməsi barədə bəyanat real faktlarla ziddiyyət təşkil edir və Qərbi azərbaycanlılar əslində etnik təmizləmənin qurbanı olublar.
Sosial Araşdırmalar Mərkəzinin məlumatına görə, respondentlərə tarixi torpaqlarını tərk edərkən Ermənistan hökuməti tərəfindən onlara hər hansı təzminat ödənilib-ödənilmədiyi soruşulub. Respondentlərdən heç biri müsbət cavab verməyib. Respondentlərin 98,5%-i heç bir kompensasiya almadıqlarını bildirib.
Qeyd edək ki, sorğu bu il yanvarın 9-12-də keçirilib və 1000 qərbi azərbaycanlını əhatə edib.