XƏBƏRLƏR / Qonşular

Molla rejiminin Azərbaycana qarşı yeni təxribatı

Azərbaycan və Türkiyə prezidentlərini təhqir edən Həsən Amelinin təsvirini “Azərbaycanın “fəxri” yazısıyla banner yerləşdirilib

Molla rejiminin Azərbaycana qarşı yeni təxribatı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Araz News” Teleqram kanalı xəbər verir ki, Ərdəbil Bələdiyyəsi ikiüzlü bir hərəkətlə Ərdəbilin cümə imamı Həsən Amelinin təsviri olan və “Azərbaycanın “fəxri” yazılı banner hazırlayaraq şəhər küçəsində yerləşdirib. 

    Bildirilib ki, Ərdəbil Bələdiyyəsinin təhlükəsizlik orqanlarının göstərişi ilə həyata keçirdiyi bu hərəkət İran hökumətinin Azərbaycan türk xalqına qarşı açıq-aşkar təhqiridir.

    Qeyd olunub ki, İran hökumətinin muzdlusunun və casusunun Azərbaycan və Türkiyə prezidentlərinə qarşı hücumları və televiziyada yayımlanan təhqirləri Azərbaycanda və Cənub Azərbaycanda sərt reaksiyalara səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyev hökumət mollasının vəzifəsindən uzaqlaşdırılmasını istəyib və İran hökumətini üzr istəməyə çağırıb. İran hökuməti isə buna cavab olaraq, hökumət mollasını “Azərbaycanın fəxri” adlandırıb.