XƏBƏRLƏR / Qonşular

Ermənistan Rusiyaya etiraz notası təqdim edib

Ynvarın 12-də Dmitri Kiselyovun proqramında Ermənistan-Azərbaycan münasibətləri və s. barədə reportaj yayımlanıb

Ermənistan Rusiyaya etiraz notası təqdim edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

    Ermənistan XİN-i xəbər verir ki, səfirə etiraz notası təqdim edilib.

    Məlumata görə, Ermənistan tərəfinin narazılığı Ümumrusiya Dövlət Televiziyasının yanvarın 12-də efirə gedən “Vesti nedeli” (“Həftənin xəbərləri”) verilişində səsləndirilən bəyanatlarla bağlıdır.

    "Verilişdə Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş süni şəkildə yaradılan narrativlər səsləndirilib. Yanvarın 15-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri S.P.Kopırkin XİN-ə çağırılıb. Görüş zamanı səfirə müvafiq etiraz notası təqdim edilib", - məlumatda qeyd olunub.

    Qeyd edək ki, yanvarın 12-də Dmitri Kiselyovun proqramında Ermənistan-Azərbaycan münasibətləri, regional kommunikasiyaların açılması və Ermənistan hökumətinin Avropa İttifaqına üzvlük prosesini dəstəkləmək qərarı mövzusunda reportaj yayımlanıb.