XƏBƏRLƏR / Qonşular

İran polisi və molla Astarada İran-Azərbaycan sərhədində

Səfərin son günlər sərhəddə İran yük maşınlarının yaratdığı problemlə əlaqədar olması ehtimal olunur

İran polisi və molla Astarada İran-Azərbaycan sərhədində
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Polis Qüvvələri komandanının müavini Astarada İran-Azərbaycan sərhədində olub.

    O, sərhəddə hərəkətə nəzarət prosesini izləyib, sərhəddə yerləşdirilən qüvvələrin hazırlığını yoxlayıb. O, jurnalistlərə müsahibəsində deyib ki, İran-Azərbaycan sərhədi həmişə dostluq və sülh sərhəddi olub və düşmənlərin burada hiylə qurmasına imkan verilməyəcək.

    “Azərbaycanla sərhəd ən sabit sərhədlərdən biridir və qonşu ölkənin sərhədçiləri ilə çox yaxşı münasibətlər var”, - deyə rəsmi bildirib.

    O qeyd edib ki, Astaradan hər gün 230-a yaxın yük maşını keçir və bu rəqəmi artırmaq olar.

    İSNA-nın yaydığı fotolarda arxa planda İlham Əliyevi, R.T.Ərdoğanı, Azərbaycanı və Türkiyəni təhqir edən molla da yer alıb.